
Oktyabrın 14-də Artsax Respublikası parlamentinin sədri Aşot Qulyan, Avropa Parlamentinin keçmiş deputatı Eleni Teoxarous və Kiprdəki Erməni Milli Komitəsinin sədri Hakob Qazandçyanı qəbul etdi.
Artsax Respublikası parlamentinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları salamlayan parlamentin sədri Kiprlə münasibətlərin Artsaxın xarici siyasətində dəyərli bir yer tutduğunu qeyd etdi və bunun daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu vurğuladı.
Görüşdə Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi, Artsax və Kipr arasında praktiki əməkdaşlığın təşviqi və digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.