“Avrora Forumu”nun tədbirləri başlayır

“Şərq tarixi irsin dirçəlişi Fondu” (Revival of Oriental Historical Heritage Foundation), 14-21 oktyabr tarixlərində Ermənistan və Artsaxda keçiriləcək, sosial, təhsil, humanitar və elmi-texniki sahələrdə dünyanın aparıcı mütəxəssislərini bir araya gətirən “Avrora Forumu” çərçivəsində ilk tədbirlərdən birini təşkil edərək keçirir.IDeA Fondundan verilən məlumata görə, Şuşidə bu gün donorlar və dostlar tarixi abidə olan Gövhər xanımın Yuxarı məscidinin bərpasının sonuna həsr olunmuş təntənəli tədbirdə iştirak edəcəklər.
Artsax hökumətinin təşəbbüsünü dəstəkləyən “Şərqi tarixi irsin dirçəlişi Fondu” (Revival of Oriental Historical Heritage Foundation) 2014-cü ildə Ermənistan İnkişaf təşəbbüslərinin (IDeA) Artsaxın inkişafı proqramı çərçivəsində həyata keçirilən Yuxarı məscidin bərpa edilmək proqramına başlamışdır. Layihə nəticəsində Göhər Yuxarı məscidi orijinal görünüşünü qoruyaraq tamamilə bərpa edilibdir. Məscidin yaxınlığındakı mədrəsə binası (ruhani məktəb) də tamamilə yenilənmiş, məscidə bitişik ərazi genişləndirilmiş və abadlaşdırılmış çevrəsində park salınmışdır.
Diqqətəlayiqdir ki, bu yaxınlarda Müqəddəs Tadevos monastırının dam örtüyünün yenidən qurulması işləri də başa çatdırılmışdır. İranın Şimal-Qərbində yerləşən Müqəddəs Tadevos monastrı kompleksinin , Erməni Opostol Kilsəsi üçün müstəsna mənəvi əhəmiyyət daşıyır və unikal ümumxristianların həcc ziyarət yeridir. 2008-ci ildə monastır YUNESKO-nun Dünya İrsi obyektlər şəbəkəsində siyahıya alınmışdır.