İctimaiyyət

İctimai fəal Fatimə Mövlamlı polisdə fiziki təzyiqlərə məruz qaldığını bildirib

İctimai fəal Fatimə Mövlamlı Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsində fiziki təzyiqlərə məruz qaldığını bildirib. Bu barədə o, Facebook səhifəsində yazıb.

F.Mövlamlı AXCP üzvü, təkbaşına aksiya keçirdiyinə görə saxlanılan Tofiq Məmmədovun taleyinə aydınlıq gətirilməsi üçün oktyabrın 11-də Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə gedib.

Onun sözlərinə görə, orada təhqir və fiziki təzyiqlərə məruz qalıb.

“Məni boynumdan və saçımdan tutaraq kameranın dəmir barmaqlıqlarına sıxdılar”, – F.Mövlamlı qeyd edib.

O deyib ki, əli kameranın dəmir qapısına dəyərək yaralanıb. Yarım saat sonra onu kameradan çıxarıblar və bölmə rəisinin yanına aparıblar. F.Mövlamlını kameraya salan polis bildirib ki, guya qız onu “dişləyib”.

Bunun cavabında fəal bölmədəki müşahidə kamerasında qeydlərə baxmağı təklif edib. Lakin bölmə rəisi deyib ki, “kameralar işləmir”. F.Mövlamlı bildirib ki, bazar ertəsi polisin hərəkətindən Yasamal Rayon Prokurorluğuna şikayət edəcək.

Daha çox göstər
Back to top button