Şuşidəki Yuxarı Gövhər Ağa məscidi bərpa olunub
Şuşidə Yuxarı Gövhər Ağa məscidi bərpa olunur. Tarixi mənbələrə görə məscid 19-cu əsrdə Gövhər xanımın maliyyə dəstəyi ilə inşa olunub. Məscid Sovyet dönəmində Tarix muzeyi kimi fəaliyyət göstərib, Qarabağ azadlıq müharibəsi günlərində bina müəyyən dərəcədə ziyan gördü. Həmin məscidin fəaliyyəti dayandırılıb.
Şərqşünas, Şuşidəki məscidin bərpa işləri üzrə tədqiqat qrupunun koordinatoru Varujan Geğamyan məscidin bərpa işlərinə toxunaraq qeyd etdi ki, dini abidənin bərpası zamanı məscidin əvvəlki görünüşünün qorunub-saxlanılmasına xeyli diqqət yetirilib.

“Tədqiqat qrupununun, eləcə də bərpa işlərini aparan qrupun əsas məsələlərindən biri məscidin yalnız bərpası deyil, binanın əvvəlki qədim görünüşün restavrasiyası idi. Söz sovyet dönəmindən əvvəl olan görünüşün restavrasiyası haqqındadır. Bu baxımdan hər iki qrup da öz vəzifələrini layiqincə yerinə yetiriblər. Tədqiqat qrupumuz məscidin eyvanın tağları üzərindəki yazılar araşdırdı. Bu yazıları çox ayrıntılı şəkildə araşdırdıq ki, zamanla silinən, görünməyən yazılar İslam qanunlarına uyğun olaraq əvvəlki olduğu kimi bərpa olunsun”.
Türkşünas, iranşünas, ərəbşünas, islamşünas alimlərdən ibarət olan tədqiqat qrupu yalnız və yalnız elmi faktlara əsaslanan araşdırmalarda qonşu ölkə tərəfindən məscidin Azərbaycan tərəfinə aid olmasına dair tez-tez qaldırılan iddialara cavab verib.
“Məscid və məscidə yaxın binada mövcud olan yazılar və elmi mənbələrdəki faktlar dəqiq şəkildə göstərir ki, məscid tamamilə şiə islam dini qurumudur. Məscidin memarlıq xüsusiyyətlərindən tutmuş, məscidin mədrəsəsində tədris olunan dərslərə qədər hər şey bunu sübut edir. Çox maraqlı idi ki, araşdırdığımız yazılarda ərəb və fərs dillərindən başqa heç bir dildə yazı tapmadıq. Deməli, bütün bunlar göstərir ki, bu məscid həm fəaliyyəti həm də öz xüsusiyyəti ilə şiə islamın dini abidədir”.
Məscidin bərpası, həmçinin tədqiqat qrupunun araşdırmaları tarix, xüsusən Şuşi şəhərində bir zamanlar yaşayan əhali arasında mədəniyyətlərarası münasibətləri baxımından yeni kəşflərə yol açıb.

“Tədqiqat işləri zamanı, məsələn aydın olub ki, şəhərdə yaşayan xristiyanlar məscid, məscidə yaxın qurumlar üçün pul yığdılar, və əksi hallar da baş verib ki, müsəlmanlar erməni təhsil müəssisələri üçün də pul yığıblar. Bu mədəniyyətlərarası, dinlərarası əməkdaşlığa dair xeyli gözəl nümumədir. Xeyirxah Gövhər xanımın həyatı və fəaliyyəti da çox maraqlıdır, o, müsəlman olaraq, eyni zamanda Rusiya İmperiyasında fəaliyyət göstərən Müqqədəs Nina Xeyriyyə birliyinin üzvü idi. Bu həqiqətən xristiyanlıq və islam, eyni zamanda erməni-müsəlman münasibətlərini vurğulayan xeyli gözəl, bənzəri olmayan, unikal bir nümunədir. Bu baxımdan qeyd etdiklərim daha çox genişləndirilməli və daha geniş auditoriyaya çatdırılmalıdır.
Yeri gəlmişkən qeyd edək ki, məscidin qorunması həmişə Artsax Respublikasının hökumətinin diqqət mərkəzində qalıb və qalır. 2008-2010-cu illərdə Artsax Respublikasının ərazisində olan islam irsinin qorunmasına yönəlmiş işlər həyata keçirilib. 2009-cu ildə Artsax Respublikasının büdcəsinin vasitəsilə Yuxarı Gövhər ağa məscidinin damı təmir olunub. 2017-ci ildə isə Artsax Respublikasının və İDeA fondunun əməkdaşlığı ilə Şuşidə Yuxarı Gövhər Ağa məscidinin bərpa işlərinə start verilib.

“Məscidin bərpası göstərir ki, Artsax hökuməti Artsax Respubliaksının ərazisində olan bütün tarixi-mədəniyyət abidələri üçün doğru siyasət aparır. Tarixi-mədəni dəyərlərdən biri də Şuşidəki məsciddir. Bu baxımdan bu faktı alqışlaya bilərik, deməli ki, məscid bir tarixi-mədəni abidə kimi bərpa olunur. Bundan başqa, bu məscidin ətrafında mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın unikal mərkəz yaratmağa imkanımız var. Bu baxımdan da qurumun ictimai əhəmiyyətini bir daha da görə bilərik.
Varujan Qeğamyanın sözlərinə görə, məscidin bərpa olunmasından sonra Şuşidəki məscid və məscidə yaxın mərdrəsə tarix və mədəniyyət abidəsi kimi fəaliyyət göstərəcəklər.

«Ziyarətçilərin məscidin necə bərpa olunması, islam şiə dini abidəsi olaraq bu nümunənin xüsusiyyətləri ilə tanış olmaq imkanı olacaq. Məscidə yaxın mədrəsə isə İslam-Xristian, erməni-islam münasibətləri üçün unikal bir mərkəz olaraq fəaliyyət göstərəcək ki, özü Erməni-İslam münasibətlərinin digər fərqli münasibətlərini təqdim etməyə davam edəcək.”

Təxminən iki illlik xeyli çətin və uzun işlərdən sonra oktyabrın 14-də məscidin açılış mərasimi həyata keçiriləcək. Beləliklə Artsaxın turizm yerləri başqa bir bənzərsiz və unikal mədəniyyət abidəsi ilə əlavə olunacaq.