
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Andrew Şofer (ABŞ), Stefan Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etdi.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, Baş nazir və ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı məsələləri müzakirə etdilər. Tərəflər arasında etimadın gücləndirilməsi şəraitində atəşkəsin möhkəmləndirilməsi üçün addımların atılmasının vacibliyi vurğulanıb.
Xalqları barışa hazırlamağın zəruriliyinə və bu istiqamətdə atılan addımlara da toxunuldu.