
Ermənistan Respublikası parlamentinin sədri Ararat Mirzoyan Parlamentlərarası Birliyin 130-cu Assambleyasındakı çıxışında bütün parlament üzvlərini Suriyadakı vəziyyətlə bağlı narahatlıqlarını artırmağa çağırıb. ER parlamentinin sədri öz Facebook səhifəsində aşağıda təqdim etdiyimiz Parlamentlərarası Birliyin 130-cu iclasındakı nitqindən bir hissəni bizim diqqətinizə təqdim edib:
“Hal-hazırda bu plenar iclaslarda əyləşərkən üzv ölkələrimizdən biri olan Türkiyə, Suriyanın kürdlərlə məskunlaşdığı bölgələrdə hərbi əməliyyat keçirməkdədir. Gün ərzində yüzlərlə insan öldürüldü və on minlərlə insan didərgin salındı. Qamışlı və Suriyanın digər şəhərlərində insanlar eyni şəkildə təhlükə altındadır, necə ki, Suriya erməniləri Kessab şəhərində 2014-cü ildə eyni təsvirdə olmuşlar.
Taleyin istehzasıyla bu dəhşətlər eyni yerdə baş verir, eyni coğrafi ərazidə harada ki, 100 il əvvəl Osman hökmranlığı tərəfindən həyata keçirilən Erməni Soyqırımı qurbanlarının qalıqları torpaq və qum içərisində uyuyur. Mən, bir xalqın nümayəndəsi olaraq, kim ki, 20-ci əsrin ən böyük fəlakətlərindən biri insanlığa qarşı istiqamətlənmiş həmin cinayətkarlığın şahidi olmuşam, bütün parlamentarları səsləyirəm ki, Suriyədə yaranmış vəziyyət ətrafında özlərinin həyacan təbilini çalsınlar. Mən Assambleya üzvlərini tədbir görməyə səsləyirəm.Parlamentlərarası Birliyə, bir təşkilat olaraq və burada təmsil olunan hər bir parlamenti biganə qalmamağa və Türkiyənin hərəkətlərini birmənalı şəkildə qınamağa və onların əməllərinə dərhal son qoyulması tələbini etməyə çağırıram”.