BaşlıcaSiyasət

Avropanın ən böyük aviaşirkəti olan Ryanair-I ER aviabazarına daxil olub

Avropanın ən böyük  olan Ryanair İrlandiya aviaşirkəti ER aviabazarına daxil olub. Verilən məlumata görə, şirkətin kommersiya direktoru Deyvid O’Brien jurnalistlərə açıqlamasında ilk uçuşun 14 yanvarda  Yerevanı Roma və Milan ilə birləşdirəcəyini, ardından mart ayının sonundan   Berlin -Gümrü və Almaniyanın Memmingen şəhəri ilə  bağlayacağını qeyd  etdi. “Şirkətimiz Avropadakı ən böyük şirkətdir. Ən böyük şəbəkəmiz var. Ticarət maraqlarımızla yanaşı, inteqrasiya da vacibdir. Bizim 86  bazalaşmış nöqtələrimiz var. Bu, Ermənistanı  həmin mərkəzlərin şəhərləri ilə əlaqə yaratmağa imkan  yaradır. Ryanair şirkətlər qrupu 500 təyyarəsi olan dörd hava yolundan ibarətdir. 234 təyyarə ilə uçuşlar həyata keçiririk”-deyərək i David O’Brien  qeyd edib. Onun sözlərinə görə, bununlada Ermənistan aviaşirkətin 40-cı ölkəsinə çevrilir. Ən aşağı bilet qiyməti 4.99 avrodur, orta gediş haqqısa 35 avrodur. Uçuşlar həftədə iki dəfə  Yerevandan həyata keçiriləcək, gələcəkdə artacaqdır.

Daha çox göstər
Back to top button