İctimaiyyət

Azərbaycana qayıtmaq istəməyən daha bir azərbaycanlı özünə xəsarət yetirib

Azərbaycana qayıtmaq istəməyən 53 yaşlı şəxsin özünə xəsarət yetirdiyi bildirilir. Meydan.tv saytı “ikz-online.de” saytına istinadən yazır ki, hadisə oktyabrın 14-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin İzerlon şəhərində baş verib. 

Məlumatda deyilir ki, səhər saat 6 radələrində Miqrasiya Xidmətinin əməkdaşları sığınacaq üçün müraciət ərizəsinə imtina cavabı verildiyinə görə deportasiyası nəzərdə tutulan 53 yaşlı azərbaycanlı kişinin yaşadığı mənzilə gəliblər. Lakin o, qapını açmayaraq mənzildə barrikada qurub və içəri daxil olduqları təqdirdə, özünü bıçaqla öldürəcəyini bildirib. Merkişer rayon polisinin verdiyi məlumata əsasən, bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis çağırılıb və onlar mənzilə daxil olmağa müvəffəq olublar. Lakin polislər onun əlindən bıçağı alanadək , o, artıq özünə bir neçə dəfə xəsarət yetirib. Bundan sonra kimliyi barədə məlumat verilməyən azərbaycanlı, xəstəxanaya çatdırılıb.

Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Daha çox göstər
Back to top button