
Ermənistanın Baş naziri Nikol Paşinyan AB-nin Cənubi Qafqaz və Gürcüstaı böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Kları qəbul edib. ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir Ermənistanın Avropa Birliyi ilə əlaqələrin davamlı inkişafına önəm verdiyini və yüksək səviyyəli rəsmi görüşlərin Ermənistanla AB arasında effektiv dialoqun, əməkdaşlığın dinamik prosesinin olduğunu sübut etdiyini qeydedib.
Nikol Paşinyanın sözlərinə görə, Avropa Birliyi Ermənistanın ölkəmizdəki genişmiqyaslı islahatlar prosesində ən vacib tərəfdaşıdır və hökumət müxtəlif sahələrdə əsas islahatları davam etdirmək əzmindədir. AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi AB-nin də Ermənistanla tərəfdaşlığa böyük əhəmiyyət verdiyini və demokratiyanın möhkəmlənməsi prosesində Ermənistanın baş nazirinə, hökumətinə yardım göstərməyi davam etməyə hazır olduğunu təkrarən bildirdi. Nikol Paşinyan və Toyvo Klar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir vurğuladı ki, Ermənistan münaqişənin həllinə yalnız dinc yollarla baxır və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesinə sadiqdir.
Toyvo Klar Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində atdığı addımları alqışladı və qeyd etdi ki, Avropa Birliyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin dinc danışıqlar üçün səylərini dəstəkləyir.