Beynəlxalq

19 oktyabr mitinqinə xaricdə yaşayan azərbaycanlardan dəstək

Azadlıq.info yazır ki, Azərbaycanda 8 oktyabrla başlanan etirazların dalğası uzaq ölkələrdə yaşayan azərbaycanlıları da hərəkətə gətirib. “Son illərdə müxtəlif səbəblərdən vətəni tərk etmək məcburiyyətində qalan və iqtidarın düşmən elan etdiyi bu insanlar ölkədə dəyişikliyi hər kəsdən artıq istəyirlər, təbii. Çünki illərdir öz doğmalarının üzünə həsrətdir o insanlar. Çoxlarının valideynləri, yaxınları dünyadan köçəndə belə ölkəyə qayıtmaq imkanları olmayıb. Və Milli Şuranın oktyabrın 19-na təyin etdiyi etiraz aksiyasına onlardan da dəstək gəlib.

“And” təşkilatı qürbətdəki bütün həmvətənlərimizi yaşadıqları ölkənin Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırıb. Onlar bu gündən fəaliyyətə başlayacaqlarını bildiriblər. Fərqli ölkələrdə yaşayan müstəqil bloqqerlər isə sosial şəbəkələrdə yeni bir aksiyaya start veriblər. #Alo #İlhamƏliyev #İstefa” haştaqı ilə başlanan aksiyaya çox sayda insan qoşulub. Onlar paylaşdıqları qısa videolarda “İlham Əliyev, İstefa!”, “alo, eşidirsən İlham Əliyev səndən ancaq bir tələb, o da istefa və nöqtə, vəssalam!” şəklində çağırışlar edib yayırlar. Alqışlanacaq təşəbbüsdür! Ölkənin dəyişməsi, yenilənməsi, demokratik dünyanın bir parçası olması üçün hamı çəkici bir zindana vurmalıdır!”.

Daha çox göstər
Back to top button