BaşlıcaSiyasət

ATƏT MQ: “Ermənistan və Azərbaycan Xİ nazirləri ilin sonuna kimi yenidən görüşmək üçün razılaşdılar”

ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu  Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik oktyabrın 14-1də   bölgəyə etdikləri səfərdən sonra   bəyanat yayıblar.

ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, həmsədrlər oktyabrın 15-də Yerevanda  Ermənistanın Baş naziri Nikol Paşinyanla və oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və iki ölkənin Xarici işlər və Müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfər zamanı həmsədrlər eləcə də  Artsax Respublikasının Prezidenti Bako Sahakyan ilə görüşdülər.Dağlıq Qarabağda olduqları zaman həmsədrlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə də danışmışlar.

İki ölkənin liderləri həmsədrlərə Aşqabadda keçirilən MDB sammitindəki son dialoqun təfərrüatlarını və nizamlama prosesini irəliyə necə aparmaq barədə fikirlərini təqdim etdilər.

Həmsədrlər ictimaiyyətləri sülhə hazırlamaq və gərginliyi azaltmağa yönəlmiş konkret humanitar və təhlükəsizlik tədbirlərinin görülməsi perspektivini alqışladılar.

“Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin Daimi nümayəndəsinin dəstəyi ilə mandatına və uzun təcrübəsinə uyğun olaraq, monitorinq missiyasının təxirəsalınmaz ehtiyacı olduğunu təkrarladı. Həmsədrlər tərəfləri səsləmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Daimi nümayəndəsinin və komandasının hərəkətlərini dəstəkləməklə yanaşı, monitorinq missiyalarına mümkün maneələrin dərhal aradan qaldırılmasını təmin  etsinlər.

Xarici işlər nazirləri, ilin sonuna qədər həmsədrlərin himayəsi altında görüşün hazır olduğunu təsdiqlədi.

Həmsədrlər tezliklə ATƏT Daimi Şurasının və Minsk Qrupu ölkələrinin nümayəndələri ilə görüşmək üçün Vyanaya yola düşəcəklər”-deyərək bəyanatda qeyd edilib.

Daha çox göstər
Back to top button