Beynəlxalq

Avropa İttifaqı: Bakıda polis həddən artıq güc tətbiq edib

Avropa İttifaqı rəsmi Bakını polisin 19 oktyabrda mitinq iştirakçılarına qarşı həddən artıq güc tətbiq etməsini araşdırmağa çağırıb.

‘Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bəyan edib.

O, Bakıda oktyabrın 19-da dinc aksiya keçirmək istəyən onlarla insanın saxlanıldığını deyib.

“Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün həddən artıq, heç nəyə əsaslanmayan güc tətbiq edilməsi barədə məlumatlar var. Bu hallar araşdırılmalıdır. Biz hakimiyyəti dinc aksiya iştirakçılarından həbsdə olanları azad etməyə çağırırıq”, – Mariya Kosyançiç deyib.

O qeyd edib ki, sərbəst toplaşma fundamental insan hüquqlarındandır. “Biz Azərbaycanın beynəlxalq öhdəliklərini tam olaraq yerinə yetirməsini gözləyirik”.

Leyla Abdullayeva Avropa İttifaqına məsləhət görüb ki, Barselonada, Fransanın ayrı-ayrı şəhərlərində polisin nümayişçilərə həddən artıq güc tətbiq etməsinə diqqət etsin.

“Bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”, – Leyla Abdullayeva deyib.

Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası paytaxın 28 may metrostansiyası qarşısında etiraz aksiyası keçirib.

AXCP sədrinin müavini Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, yalnız Nəsimi Rayon Polis İdarəsində 70-dən çox saxlanılan vardı. Vahid Məhərrəmlinin sözlərinə görə, onların əksəriyyəti AXCP üzvləri olub. O deyib ki, digər partiyaların fəalları da az deyildi. O cümlədən, yoldan keçən təsadüfi adamlar da idarəyə gətirilmişdi.

Daha çox göstər
Back to top button