İctimaiyyət
JMK Bakıda jurnalistlərə təzyiqi pisləyib

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) oktyabrın 19-da Bakıda mitinq zamanı etirazçılarla birlikdə jurnalistlərin də saxlanılması faktları ilə bağlı narahatlığını ifadə edib. Bu barədə JMK-nin bəyanatında deyilir.
“Azərbaycan hakimiyyəti jurnalistlərin nümayişləri işıqlandırması üçün şəraiti təmin etməli və qeyri-proporsional güc tətbiqindən yayınmalıdır”, deyə bəyanatda bildirilir. (contact.az)