Milli Şuranın aksiyası ilə əlaqəli yüzdən çox insanın saxlanıldığı bildirilir

Milli Şuranın 19 oktyabr mitinqindən əvvəlki günlərdə və aklsiya zamanı yüzlərlə fəal doxsandan çox fəal saxlanılıb. Onlarla fəal inzibati qaydada və bir fəal cinayət ittihamı ilə həbs edilib.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.
30-dək AXCP fəalı, o cümlədən AXCP sədrinin müavini Seymur Həzi, İlham Hüseyn və AXCP gənclər təşkilatının sədri Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.
19 oktyabr mitinqinin keçirildiyi zaman hələ oktyabrın 18-də saxlanılmış daha üç nəfər inzibati həbs cəzası çəkirdi.
Digər fəallar qısa müddətlik saxlanılıb və onlara mitinqdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
Partiyalar 19 oktyabr mitinqində iştiraka görə saxlanılanların və həbs edilənlərin tam siyahısının dəqiqləşdirilməkdə olduğunu bildirib.
Həbs edilənlər arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, keçmiş siyasi məhbus Rüfət Səfərov da var.
Partiyaların mətbuat xidmətləri saxlanılanların AXCP lideri Əli Kərimli kimi fiziki zorakılığa məruz qoyulduğundan ehtiyatlanır. Kərimlinin sözlərinə görə, onu avtobusda iki dəfə vurublar. Belə ki, AXCP liderini saçlarından tutub çəkiblər və başını avtobusun korpusuna vurublar. Və bütün bunlar videoya çəkilib. Daha sonra Kərimli Xətai rayon polis idarəsinə aparılıb və divarlarında kafel olan hamam otağını xatırladan otağa salıblar. Orada ondan videokamera qarşısında çıxış edib Azərbaycan hakimiyyətinə qarşı mübarizəyə son qoyduğunu bəyan etməyi tələb ediblər.
Bakı Şəhər Baş Polis İdarəsi məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.