
24 News.am-a verdiyi müsahibədə Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin Avrasiya İqtisadiyyat İttiaqı ilə İran arasında əməkdaşlığın perspektivlərinə toxundu və bu əlaqələrin inkişafında Ermənistanın rolunu vurğuladı. “İranın Avrasiya İqtisadi İttifaqının fəaliyyətində iştirakı çox müsbətdir, çünki İran böyük iqtisadi potensiala malik güclü bir ölkədir və Sərbəst ticarət sazişinin imzalanması kimi əməkdaşlıq bütün sahələrdə təbii olaraq ikitərəfli münasibətlərin inkişaf perspektivlərini yaradır”- deyərək səfir qeyd edib. Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyindən danışan səfir, Ermənistanın burada ciddi imkanlar görməsinin simvolik olduğunu vurğuladı. “İranla qonşuluq və Ermənistanın İranla münasibətlərdə oynadığı rolu, o cümlədən İranın Aİİ-a daxil olmasını nəzərə alaraq, bu, hər baxımdan müsbət amildir”- deyərək o, qeyd etdi.Səfir ikitərəfli iqtisadi imkanların da vacib olduğunu və yeni bazarların yaranmasına imkan verəcəyini bildirdi. Diplomatın sözlərinə görə, Ermənistan həm iqtisadi, həm də siyasi sahədə əlavə fayda, mənfəət və qalib kart əldə etməyə imkan verən İran və Aİİ arasında bir bağlayıcı əlaqə ola bilər.