BaşlıcaSiyasət

Tacikistanda KTMT-nın “Sarsılmaz qardaşlıq-2019” təlimlərinə başlanılıb

Tacikistanın  Əfqanıstanla  sərhəddəki Xarbi Maydon təlimxanasında  Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının oktyabrın 29-dək davam edəcək  “Sarsılmaz qardaşlıq-2019” təlimlərinin təntənəli açılış mərasimi keçirilib.

“Bu gün  Tacikistan  Respublikasındakı Xarb Maydon paliqonunda keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” beynəlxalq  birgə təlimlərinə start verilib”- deyə açılış mərasimində  RF Mərkəzi hərbi okruqunun qoşunlarının komandiri general-palkovnik  Aleksandr Lapin deyib. “Sarsılmaz qardaşlıq-2019” təlimləri iki mərhələylə keçiriləcək. İlk mərhələdə  Mərkəzi Asiyanın sürətlə yerləşdirilmə qrupları antiterror əməliyyatları həyata keçirəcəkdir. İkinci mərhələdə  KTMT-nın  kollektiv sülhməramlı qüvvələr tərəfindən kollektiv təhlükəsizliyin Mərkəzi Asiya bölgəsində sülhməramlı əməliyyatlar keçiriləcək. RİA Novosti xəbər veriri ki, Birgə təlimlərin ikinci  mərhəsləsində oktyabrın 24-də gələcək Ermənistan və Belarus qoşunları da iştirak edəcəklər.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button