
KTMT-ə üzv dövlətlərin silahlı qüvvələrinin 2019-cu ilin birgə operativ və döyüş hazırlıq planına əsasən, Tacikistan Respublikasında keçirilən “Sarsılmaz dostluq-2019” birgə təlimlərində və ondan əvvəl hazırlıq mərhələsində iştirak etmək məqsədilə ER SQ sülhməramlı qüvvələrin bölmələri oktyabrın 21-də ER MN İl-76 təyyarəsiylə Düşəmbəyə gedib. Bu barədə ER Müdafiə nazirliyindən bildirilib.