Oktyabrın 22-də Pekində keçirilən 9-cu Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə Syanşan konfransı çərçivəsində Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan ilə Çin Xalq Respublikasının Müdafiə naziri general-polkovnik Vei Fenxe arasında görüş keçirildi.
ER MN-dən verilən məlumata görə, Müdafiə Nazirliklərinin rəhbərləri Ermənistan-Çin ikitərəfli əməkdaşlığın gedişini yüksək qiymətləndiriblər, hərbi və hərbi-texniki sahədə keçirilən tədbirlərlə bağlı öz məmnuniyyətini dilə gətirdilər.
İki ölkənin təhsil müəssisələrində hərbi qulluqçuların qarşılıqlı hazırlığı, sülhməramlı missiyalarda iştirakı, əməliyyat və döyüş hazırlığı tədbirlərində birgə iştirakı məsələlərinə xüsusi diqqət yetirildi.
Görüşdə tərəflər Ermənistan-Çin qarşılıqlı əməkdaşlığın gələcək inkişafı yolları, sahələri və perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.