İctimaiyyət

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Nemət Kərimliyə xəbərdarlıq edib

 Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Nemət Kərimliyə xəbərdarlıq edib. Ancaq onunla bağlı hələ intizam icraatına başlanılmayıb. Xəbəri Meydan TV-yə təsdiqləyən Nemət Kərimli deyib ki, Vəkillər Kollegiyası ona jurnalist Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyinə görə xəbərdarlıq edib:”Penitensiar Xidmət Əfqan Muxtarlı ilə bağlı məlumatları ictimailəşdirdiyim üçün Vəkillər Kollegiyasına müraciət edib. Amma xəbərdarlıq şifahi olub, intizam icraatına başlanılmadığı üçün heç nə deyə bilmərəm, yenə əvvəlki kimi fəaliyyətimi davam etdirəcəm”. 

Sentyabrın 24-də Penitensiar Xidmət Nemət Kərimlini “bilərəkdən Penitensiar Xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd” və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin tələblərini pozmaqda” ittiham edərək, onun “barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün” Vəkillər Kollegiyasına müraciət edib.

Daha çox göstər
Back to top button