İctimaiyyət

AXCP fəalı yenidən saxlanılıb

Oktyabrın 22-də günorta saatlarında pols tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna Məmmədovun özü bildirib.

Məmmədovun verdiyi məlumata görə, onun saxlanma səbəbi partiyadan uzaqlaşdırma cəhdi idi. “Yasamal Rayonun 29-cu polis bölməsində mənə dedilər partiyadan çıx. Etiraz etdim. Onda mənə qarşı İXM-nin 510.1 və 510.2 maddəsi ilə protokol tərtib etdilər. Məsələ ictimailəşəndən sonra isə fikrindən döndülər”.

Bakı Şəhər Baş Polis İdarəsi isə T.Məmmədovun həbsilə bağlı yaydığı məlumatda bildirirdi ki, AXCP fəalı qanunsuz küçə ticarəti ilə məşğul olur və onun saxlanmasının siyasi mıəsubiyyətilə əlaqəsi yoxdur.

Oktyabrın 21-də inzibati həbsdən azad olan T.Məmmədov oktyabrın 22-də yenidən saxlanılaraq polis bölməsinə gətirilib.

Daha çox göstər
Back to top button