BaşlıcaSiyasət

Baş nazir AFR səfirini qəbul edib:”Almaniya Ermənistandakı islahatları dəstəkləməyi davam edəcək”

ER Baş naziri Nikol Paşinyan Almaniyanın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mikael Yohannes Bantzafini qəbul  edib.ER Baş nazirinin  iş  heyətindən verilən məlumata görə, Nikol Paşinyan qeyd edib Almaniya  bizim ölkəmiz üçün  siyasi və  iqtisadiyyat baxımından  olduqca mühüm həmkardır   və son 1,5 ildə ikitərəfli əməkdaşlığın yeni   dinamikası  protokollaşdırılıb. Baş nazir Almaniya hökumətinin Ermənistanda baş verən islahatlara, o cümlədən demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə və digər islahatlara dəstəyinin vacibliyini bird aha vurğuladı. “Məqsədimiz birdir – Ermənistanı demokratiyanın və antikorrupsiyanın ən yüksək standartlarına uyğunlaşdırmaqdır”-deyərək hökumət  rəhbəri  qeyd edib. Nikol Paşinyan  eləcə də  Almaniya ilə  möhkəm əlaqələrin   mövcüdlüyünü KFW Bankı və GIZ ilə sıx iqtisadi və sosial proqramların səmərəli şəkildə həyata keçirilməsində sıx əməkdaşlığın olduğunu qeyd etdi. Baş nazir Ermənistan-Almaniya hökumətlərarası komissiyasının ikitərəfli iqtisadi əməkdaşlığın bütün potensialını reallaşdırmaqda fəallaşmasının vacibliyini vurğuladı. Səfir Bantzhaf   qeyd edib ki, Almaniya hökuməti səmərəli islahatlara təkan verməkdə Ermənistana dəstəyini davam etdirəcəkdir. Baş nazir və səfir enerji, tikinti, sənaye, turizm, infrastruktur inkişafı və digər sahələrdə Ermənistan-Alman əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə etdilər.

Daha çox göstər
Back to top button