BaşlıcaEkonomika

SWITCH innovasiya texnologiyaları sərgisində Ermənistanın ilk dəfə birləşmiş pavilyonu olacaq

Sinqapurda noyabrın 11-dən 13-dək SWITCH innovasiya texnologiyaları sərgisi keçiriləcəkdir. Ermənistan ilk dəfə  birləşmiş pavilyonla təqdim olunacaq. Bu barədə öz feysbuk səhifəsində  ER Yüksək texnologiyaları sənayesi naziri Hakob Arşakyan yazı dərc edib.

“Bu erməni  texnologiya şirkətləri üçün  öz məhsullarını beynəlxalq bazara təqdim etmək üçün yeni bir fürsətdir. Sərgi yeni tərəfdaşlar əldə etməyə və Asiya bölgəsində yeni  bazarlar tapmağa imkan verəcək.  Ermənistan nümayəndə heyətinə cəlb olunmaq, sərgidə iştirak etmək  və məhsullarını beynəlxalq bazara təqdim etmək üçün texnoloji şirkətlər üçün müsabiqə elan edirik”- deyə nazir qeyd edib.

Daha çox göstər
Back to top button