Bu il Dünya Bankının “Biznes 2020” hesabatında biznesin asanlığı üzrə Ermənistan 190 iqtisadiyyat arasında 47-ci yerdədir. Bu barədə Dünya Bankının Ermənistan nümayəndəliyi məlumat yayıb.
“Ölkənin tənzimləmə fəaliyyətinin mütləq səviyyəsini qiymətləndirən Biznes Asanlığı baxımından Ermənistanın balı “Biznes-2019”-in 73,2-dən artaraq, “Biznes 2020″-də 74,5 təşkil edib”- deyə Dünya Bankının Ermənistan nümayəndəliyinin rəhbəri Silvi Bosutğo bildirib.