
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan İordaniya Krallığına işgüzar səfərə yollanıb. Bu haqda Müdafiə nazirliyindən məlumat yayılıb.Səfər çərçivəsində general-leytenant Artak Davtyan İordaniya Silahlı qüvvələri Baş rərargah rəisləri üzrə Birgə komitə sədri, general-mayor Yousef Ahmad Al-Hanaiti ilə də görüşübdür.Həmsöhbətçilər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.