BaşlıcaSiyasət

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Bratislavada ATƏT-in fəaliyyətdə olan sədrinin vasitəçiliyi ilə görüşəcəklər

ATƏT-in fəaliyyətdə olan sədrinin vasitəçiliyi ilə yaxın vaxtlarda Bratislavada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək, tərəflər Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər. Bunu “Amerikanın səsi” nə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici işlər naziri Miroslav Layçak deyib.

“Yaxın vaxtlarda iki xarici işlər nazirini Bratislavada qəbul edəcəyini gözləyirəm” – dey’ Lay,ak deyib.

ATƏT-in fəaliyyətdə olan sədri həmçinin Ermənistan və Azərbaycan liderlərinin münaqişənin həlli istiqamətində səylərini yüksək qiymətləndirib.

“Bu il müsbət əlamətləri, liderlər və nazirlər səviyyəsində dialoqu gördük. Eyni zamanda təmas xətti boyunca insan tələfatına səbəb olan narahatlıq doğuran hadisələr oldu, amma vəziyyət indi sabit görünür”- deyə Layçak deyib.

Daha çox göstər
Back to top button