Maykl Dikerson: ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması barədə yayılan ittihamlar yalan və absurddur

“Son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması barədə yayılan ittihamlar yalandır və absurddur”.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson (Michael Dickerson) səfirliyin facebook səhifəsində yaydığı video müraciətində Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyadan sonra Azərbaycanın bir sıra media vasitələrində ABŞ-a qarşı ittihamlara cavab olaraq bildirib. Həmin KİV-lər hətta Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ABŞ Səfirliyinin və Avropa İttifaqının əməkdaşı ilə telefon danışığının audio yazısını yayıb və sonradan audio yazılar silinib.
“Bununla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik”, deyə müvəqqəti işlər vəkili qeyd edib.