
ER Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazdı: “Mən məmnuniyyətlə qeyd edirəm ki, Soçidə Suriya ilə bağlı əldə olunan razılaşmalarda Suriya-ermənilərin təhlükəsizliyk məsələlərinə və Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etdiyim mövzulara da toxunulub.
Bu, Ermənistan-Rusiya münasibətlərinin strateji müttəfiqliyini vurğulayır. Suriyadakı inkişafları izləməkdə davam edirik, humanitar missiyamızı və mülki əhaliyə dəstəyimizi davam etdiririk”.