Ararat Mirzoyan Strasburqda Sloveniya Parlamentinin Aşağı Palatasının spikeri ilə görüşüb

Strasburqda ER Parlamentinin sədri Ararat Mirzoyan Avropa Şurasının üzv dövlətlərin parlament sədrlərinin konfransı çərçivəsində Sloveniya Parlamentinin Aşağı Palatasının spikeri Dejan Jidan ilə görüşüb.
ER Parlamentindən alınan məlumata görə, Ararat Mirzoyan Sloveniya ilə əməkdaşlığın dərinləşdirilməsinə əhəmiyyət verərək qeyd etdi ki, ER Parlamenti dövlətlərarası münasibətlər kontekstində parlament diplomasiyası əhəmiyyətli rol oynayır.
Ararat Mirzoyan qeyd etdi ki, ER Parlamentində artıq Ermənistan-Sloveniya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Dejan Jidan buna cavab olaraq qeyd etdi ki, Sloveniya Parlamentində dostluq qrupunun yaradılmasına dair işlər artıq başlamışdır. Tərəflər Sloveniya Parlamenti tərəfindən ER-Aİ Hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişin qısa müddətdə ratifikasiyası olunmasına toxunublar. Bu isə Avropa Birliyi və Aİ üzv dövlətləri ilə qarşılıqlı əlaqələrinin inkişafı baxımından möhkəm hüquqi əsasdır.