
Ermənistanın Müdafiə naziri David Tonoyan, “Qətiyyətli dəstək” missiyasında NATO üzvü olan ölkələrin oktyabrın 24-25-də Müdafiə nazirləri iclasında iştirak etmək üçün iştgüzar səfərlə getdi.Səfəri çərçivəsində David Tonoyan, NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb. ER MN-dən verilən məlumata görə, həmsöhbətlər Ermənistan-NATO əməkdaşlığı ilə bağlı məsələləri müzakirə etmişlər. Tərəflər həmçinin Ermənistanın Kosovo və Əfqanıstandakı missiyalarda iştirakının vacibliyini vurğulamışlar.NATO baş katibi müavininin xahişi ilə Müdafiə naziri Ermənistanın Suriyadakı irəliləyişlərini, məqsədlərini, humanitar missiyasını, imkanlarını və habelə coğrafiyasını genişləndirmək imkanlarını açıqladı.Görüş ərzində Cənubi Qafqazın və Yaxın Şərqin regional təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə edilmişdir.