İctimaiyyət
Gəncədə etiraz aksiyası keçirilib

Dünən Gəncədə şəhər icra hakimiyyəti qarşısında “Gəncə işi” üzrə həbs edilənlərin valideynlərinin etiraz aksiyası keçirilib. Bu barədə “Turan” informasiya agentliyi bildirib.
Valideynlər qanunsuz əməl törətməyən, istintaqda işgəncələrə məruz qalan övladlarının qanunsuz həbsinə etiraz ediblər.
Yerli rəhbərlikdən heç kim etirazçıların qarşısına çıxmayıb. Valideynlər oğulları azad edilənə qədər etirazları davam etdirmək niyyətindədirlər.