Nikol Paşinyan: “Ermənistan korrupsiyaya qarşı mübarizədə mühüm irəliləyiş əldə etdi”
Ermənistanın Hökuməti korrupsiyaya qarşı mübarizədə mühüm irəliyəyiş əldə etdi, ticarət və iqtisadi əməkdaşlıq üçün ölkə daha yaxşı vəziyyətdədir. Bu barədə ER Baş naziri Nikol Paşinyan BƏƏ-nin “Gulf News”-ə müsahibəsində qeyd etdi.
“İnqilabımız demokratik çevrilmələrinin gözləntisi ilə formalaşmış böyük ictimai tələbat nəticəsində olub. Bu yalnız daxili bir hadisə idi və bunun heç bir geosiyasi nəticəsi olmadı. Bununla birgə demirəm ki, demokratiya xarici siyasətimizə həç bir təsir göstərmədi. Şübhə yoxdur ki, bu beynəlxalq sahədə Ermənistanın mövqeyini gücləndirdi və xarici siyasətimizi mühüm dəyərlər, prinsiplər və maraqlarla zənginləşdirdi”- deyə ER Baş naziri qeyd etdi.
Onun sözlərinə görə, inqilabdan sonra Ermənsitan iqtisadi və ticarət əməkdaşlıq üçün daha yaxşı vəziyyətdədir, çünki Hökumətimiz korrupsiyaya qarşı mübarizədə, eləcə də qanunun aliliyinin gücləndirilməsi, biznes və xarici investisiyaları üçün əlverişli şərait yaradılması baxımından mühüm irəliyəyiş əldə etdi.