BaşlıcaSiyasət

Tiqran Avinyan və Li Hueyi Ermənistan-Çin ticari-iqtisadi əlaqələrini müzakirə ediblər

ER Baş nazirinin müavini Tigran Avinyan Çinin Avrasiya işləri üzrə xüsusi elçisi Li Hueyi qəbul edib. Bu haqda  Baş nazirin  iş heyətindən məlumatlandırılıb.Tiqran Avinyan qeyd edib ki, Ermənistan Çin ilə münasibətlərin inkişafına xarici siyasətinin önəmliklərindən  biri olaraq baxır.Tərəflər Ermənistan-Çin ticari-iqtisadi əlaqələrini ətraflı müzakirə edərək, hökumətlərarası komissiyanın bu istiqamətdə fəaliyyətini vurğuladılar. ER Baş nazirinin müavini qeyd etdi ki, informasiya texnologiyaları, nəqliyyat, mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensial var. Çin texnologiya şirkətləri tərəfindən Ermənistanda bir tədqiqat şöbəsinin açılması perspektivlərinə də toxunulub.Həmsöhbətlər “Bir zona, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarını, xüsusilə nəqliyyat infrastrukturu, Çin-Avrasiya İttifaqı münasibətləri və onlarda Ermənistanın rolu, habelə vizasız məsələlər ,səyahət və turizmin aktivləşdirilməsi barədə də fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button