İctimaiyyət
Almaniyada Bakıdakı son hadisələrə etiraz yürüşü keçirilib

Oktyabrın 27-də Almaniyada yaşayan azərbaycanlılar Bakıda son günlər hökumətin tətbiq etdiyi zorakılığa etiraz olaraq Düsseldorf şəhərində yürüş keçiriblər.
“Azərbaycan xalqına Avropadan dəstək” adlı yürüşdə “İlham, xalqdan əlini çək”, “İstefa” şüarları səsləndirilib.
Təşkilatçı Anar Əliyevin Meydan TV-yə verdiyi məlumata görə, aksiyada 50-dən artıq azərbaycanlı iştirak edib. Aksiyada Azərbaycandakı son durumla, 19 oktyabr mitinqində həbs olunanlarla bağlı məlumat verilib, həbs olunanların ağır işgəncələrə məruz qaldığı bildirilib.
İştirakçılar Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya, eləcə də digər AXCP funksionerlərinə, siyasi fəallara azadlıq istəyiblər.