İctimaiyyət
Milli Şura noyabrın 2-də mitinq keçirəcək

Milli Şura noyabrın 2-də saat 15-də mitinq keçirmək barədə qərar qəbul edib.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Osmanqızı TV-nin canlı efirində bildirib.
Onun sözlərinə görə, Milli Şura mitinqin Məhsul stadionunda və ya 28 May metro stansiyasının qarşısındakı meydanda keçirməyi təklif edib.
“Biz kompromisə gedib, mitinqimizi Məhsul stadionunda keçirə bilərik. Hökumət Məhsul stadionuna razılıq verməsə yenə də mitinqi 28 May metrosunun qarşısında keçirəcəyik,” AXCP sədri qeyd edib.
“Biz bu qəraraı Azərbaycan xalqının sosial şəbəkələrdə dəstəyini hiss edərək verdik. Kifayət qədər çox adam mitinq tələb edir. Yeni bir xalq hərəkatının başlanmasını hiss etməkdəyik,” o bildirib.