İctimaiyyət

Riçard Kozlariç: “Azərbaycan hakimiyyətinin insan haqlarına münasibəti dəyişməyib”

“Təkcə Əli Kərimli deyil, digərləri də saxlanılmışdı və döyülmüşdü. Bu, azad şəkildə, özü də müasir cəmiyyətdə fikirlərin ifadə edilməsi məsələsi ilə bağlı rejimin davranışı baxımından çox şeyin dəyişmədiyinə bir işarədir”, – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Amerikanın səsi”nə müsahibəsində Bakıdakı son etirazları və  polisin davranışını belə şərh edib.

Keçmiş səfirin sözlərinə görə, insanların sosial problemlər və iqtisadi problemlərlə bağlı öz narahatlıqlarını ifadə etməsinə imkan verilməlidir.

Riçard Kozlariç ABŞ səfirliyinin bu hadisələrlə bağlı sərt bəyanatına da münasibət bildirib və bunu “yaxşı göstərici” adlandırıb.

“Bu, beynəlxalq ictimaiyyətin, ABŞ-ın Azərbaycanda baş verənlərə diqqət yetirdiyini və polis qəddarlığı kimi hadisələr baş verəndə insanların buna reaksiya verdiyini göstərir. Avropa İttifaqının da ciddi bəyanatla çıxış etməsi məni razı saldı. Bu, Azərbaycanın Qərbdəki iki ən güclü tərəfdaşının reaksiyasıdır”, – keçmiş səfir vurğulayıb.

Daha çox göstər
Back to top button