
Hələlik Ermənistan və Azərbaycan başçılarının səviyyəsində görüş nəzərdə tutulumur. Bu barədə jurnalistlərə müsahibəsində ER XİN başçısı Zohrab Mnatsakanyan bildirib. Nazir bildirib ki, hazırda yalnız xarici işlər nazirlərinin səviyyəsində görüş nəzərdə tutulur. Növbəti görüş yaxın aylarda keçiriləcək.
“Biz indi xarici işlər nazirlər səviyyəsində görüşlərimizi davam etdirməyə daha da diqqət yetiririk, bu isə ölkə başçıları səviyyəsindəki görüşün əsasıdır”- deyə XİN başçısı qeyd etdi.
Zohrab Mnatsaknayan qeyd etd ki, danışıqlar gündəliyi həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair məsələlərə, həm də sülh üçün şərait yaradan mühit məsələlərə aiddir.
Hansı sənədlər üzərində danışıqlar apardığına dair sualı nazir cavablandırdı.
“Hazırda konkret kağız üzərində tərtib olunan düsturlara dair danışıqlar aparmırıq. Lakin, bu o demək deyildir ki, tərəflərin öhdəliklərinin mütənasib olması üçün zəruri prinsiplər və parametrlər üzərində çalışmırık” .