Artsax

Artsax Xarici İşlər Nazirliyi Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvəsinin müddəalarını şərh edib

Artsax Respublikasının Xarici İşlər Nazirliyi son günlərdə Bakıda keçirimiş Qoşulmama Hərəkatının zirvəsinin müddəalarına dair açıqlama yaydı.

Amıqlamada deyilir.

“Bu ilin oktyabrın 25-26-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının zirvəsinin yekun sənədինdə Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən müddəalar Azərbaycanın sözügedən beynəlxalq forumda Artsaxın izolasiyası, qarşıdurmanın davam etməsi, Artsax xalqının tərəfindən öz hüquqları və azadlıqlarının həyata keçirilməsinin qarşısını alınmasına yönəlmiş siyasəti üçün dəstək alınmasına dair növbəti cəhdidir.

Zirvənin Yekun sənədində Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə dair forumulalar qərərsizlik və birtərəflik prinsipinə ziddir və beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrliyinin münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini əngəlləmək məqsədi daşıyır.

Azərbaycanın ev sahibi tərəfi kimi statusundan sui-istifadəsi edərək, forumun Yekun sənədində  Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının məntiqinə zidd olan müddəları daxil  etməsi Hərəkata qarşı açıq hörmətsizlikdir.

Təəssüf ki, Qoşulmama Hərəkatı Azərbaycanı öz platformasından istifadə edərək anti-erməni təbliğatı və Hərəkatın məqsəd və prinsiplərinə uyğun olmayan xarici siyasət gündəliyini təbliğ etməyə  imkan verir.

Əksəriyyəti öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi nəticəsində müstəqillik qazanan Qoşulmama Hərəkatının üzvlərinə öz idelarına və Hərakatının ruhunun sadiq qalmağa və Artsax xalqının  öz müqəddəratını təyin etmək və inkişaf etmək hüququndan istifadə etdiklərinə hörmət etməyə çağırırq”

Daha çox göstər
Back to top button