BaşlıcaSiyasət

Artsax Xİ naziri Masis Mayilyan ABŞ-a işgüzar səfərə getdi

Artsax Respublikasının Xarici işlər naziri Masis Mayilyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfəri başladı. Artsax Respublikasının  Xİ nazirliyindən verilən mçəlumata  görə, səfəri çərçivəsində Masis Mayilyan ABŞ Konqresində keçiriləcək Artsax Respublikasının müstəqilliyinə həsr olunmuş tədbirdə çıxış edəcəkdir. ABŞ Konqresinin əsas komitələrinin rəhbərləri və üzvləri ilə bir sıra görüşlərlə yanaşı , həmçinin Vaşinqtonda fəaliyyətdə olan nüfuzlu  analitik mərkəzlərində çıxışlar olacaq. XİN rəhbəri , eyni zamanda, erməni ictimai təşkilatlarının nümayəndələri ilə də   görüşlər  keçirəcəkdir.

Oktyabrın 28-də Artsax Respublikasının nümayəndə heyəti Ermənistan Respublikasının Səfirliyində Ermənistan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan və səfirliyin diplomatik heyəti ilə görüşmüşlər. Görüşdə  Dağlıq Qarabağ Respublikasının ABŞ-dakı Daimi  nümayəndəsi  Robert Avetisyan da iştirak edib. Xarici işlər naziri Artsax Respublikasının xarici siyasət  önəmliklərini və nazirliyin fəaliyyətinin əsas istiqamətlərini, o cümlədən Artsaxın beynəlxalq səviyyədə tanınmasına və xarici əlaqələrin genişləndirilməsinə yönəlmiş istiqamətləri açıqladı. Bu çərçivədə, Masis Mayilyan, ABŞ ilə müxtəlif səviyyələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Daha çox göstər
Back to top button