İctimaiyyət

AXCP fəalı saxlanılıb

Bu gün saat 11.30 radələrində  mülki geyimli şəxlər Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyevi saxlayıblar.  Bu barədə Turan-a Emin Manıyevlə birgə olan şəxslər bildiriblər.

“Hazırda bizi də izləyirlər”, – Zəfər Əhmədov Turan-a deyib.

Facebook-da Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.

Milli Şura noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır.

Rəsmi qurumlar E.Manıyevin saxlanması ilə bağlı hələ  məlumat yaymayıblar.

Daha çox göstər
Back to top button