BaşlıcaSiyasət

Baş nazir Bolqarıstanın Baş nazir müavini ilə ikitərəfli əməkdalığı inkişaf etdirmək məsələsini müzakirə edib

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bolqarıstan Respublikasının Baş nazir  müavini  Ekaterina Zaxarievanı qəbul edib.ER Baş nazirinin  iş heyətindən  verilən məlumata görə, Baş nazir Ermənistan həm Bolqarıstanla həm AB –i çərçivəsində  qarşılıqlı işgüzarlığı dərinləşdirməyi olduqca mühüm sayır.“Avropa Birliyi Ermənistandakı demokratik islahatlar gündəmində əsas tərəfdaşlarındandır. Bolqarıstanla əlaqələrin möhkəmlənməsi  və Şərqi Avropa ölkələri ilə təcrübə mübadiləsi bu məntiqən  doğur”-deyərək  hökumət rəhbəri qeyd edib.Bolqarıstan Baş nazir müavini qeyd edib ki,  Bolqarıstan Ermənistanın demokratik inkişaf gündəliyinə, ER-AB tərəfdaşlığının genişləndirilməsinə  yardım edir və  islahatların inkişaf etdirilməsi prosesində öz təcrübəsini  bölüşməyə hazır olduğunu bildirib.

ERBaş naziri və Bolqarıstan Baş nazirinin müavini Avropa Birliyi ilə vizaların liberallaşdırılması prosesinə toxunmuş, korrupsiyaya qarşı mübarizədə demokratik islahatların, məhkəmə sisteminin, struktur islahatları prosesində təcrübə mübadiləsinin vacibliyindən danışmış, həmçinin regional əhəmiyyətli  təşəbbüslərin perspektivləri də müzakirə edilib.

Həmsöhbətlər ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər. İqtisadi əməkdaşlığın yeni səviyyəsinə çatması kontekstində Nikol Paşinyan işgüzar əlaqələri, turizm səfərlərini, habelə nəqliyyat, informasiya texnologiyaları, infrastruktur və digər sahələrdə perspektivli proqramları təşviq edəcək birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğuladı.Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Yekaterina Zaxarieva Bolqarıstanın Qarabağ münaqişəsinin həlli ilə bağlı balanslı mövqeyini bir daha təsdiqləyərək, Bolqarıstanın ATƏT-in Minsk qrupunun həmsədr mandatını dəstəklədiyini qeyd etdi.

Daha çox göstər
Back to top button