Siyasət

Ermənistanda Rusiya hərbi bazasının gücü təxminən iki dəfə artırılacaq

Ermənistandakı 102-ci Rusiya hərbi bazası yeni və müasir silahlanma və hərbi texinaka ilə əlavə olnduqdan sonra bazanın döyüş potensialı  təxminən iki dəfə artırılacaq.  “İnterfax”-ın məlumatına əsasən, bu barədə məlumatlar 102-ci hərbi bazasının polkovniki Nikolay Martinyuk Gümridə yerləşən Rusiya hərbi bazasını ziyarət edən RF müdafiə naziri Sergey Şoyguya təqdim etdi.

Öz növbəsində, Cənubi hərbi dairəsinin baş qərargah rəisi, general-leytenant Sergey Kuzovlyev nazirə bildirib ki, “ hərbi baza maddi vasitələrlə, texnika və silah-sursatla tam təmin olunur”.

Bu gün Rusiya müdafiə nazir müavini Timur İvanov Şoyquya deyib ki, 2020-cu ildə Ermənsitanda yerləşən Rusiya hərbi bazasında çoxfunksiyalı mədəniyyət və əyləncə mərkəzi yaradılacaq.

Daha çox göstər
Back to top button