İctimaiyyət
Azərbaycanda daha iki AXCP fəalı saxlanılıb
Çərşənbə günü Xalq Cəbhəsi Partiyasının daha iki fəalı – Ruslan Əmirov və Əlizamin Salayev saxlanılıb. Bu barəxə AXCP-dən bildiriblər.
“Bu gün saat 13:00 radələrində Bakının Yasamal rayonunda fəalların olduğu mənzilə 8-9 nəfər gəlib. Onlar qapını qırıblar və fəalları aparıblar. Fəallar yalnız hadisə haqqında məlumat verməyi çatdırıblar”, deyə Partiyadan bildiriblər.
Əmirov ictimai əsaslarla AXCP lideri Əli Kərimlinin mühafizəsində iştirak edir. Sentyabrın 12-də o, artıq 30 gün müddətinə həbs edilib, Salayev isə sonuncu dəfə oktyabrın 2-də 10 gün müddətinə həbs edilib.