
Ermənistanın Müdafiə naziri David Tonoyan MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə nazirin mətbuat katibi Artsrun Hovannisyan bildirib.Bu gün, oktyabrın 30-da Azərbaycan paytaxtında MDB Müdafiə nazirlərinin iclası keçiriləcək.Nəzərdə tutulub ki,tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın hərbi nazirlik və qurumlarının rəhbərləri iştirak edəcək.