İctimaiyyət

Geoloji kəşfiyyat qayığında partlayış zamanı SOCAR əməkdaşı həlak olub

Çərşənbə axşamı saat 13:30-da SOCAR-ın geoloji kəşfiyyat qayığında partlayış baş verib. Nəticədə SOCAR-ın əməkdaşı Habil Məmmədov həlak olub. Şirkətin daha üç əməkdaşı – Azər Vəliyev, Bəhruz Paşayev və Böyükağa Xəlilov müxtəlif dərəcəli xəsarətlər alıb, deyə SOCAR-ın məlumatında bildirilir.

Xəsarət alanlar 5 saylı şəhər xəstəxanasına çatdırılıb.

Mənbənin məlumatına görə, faciəyə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddə səbəb olub. Hadisə Gürgan qəsəbəsi yaxınlığında dənizin dayaz hissəsində baş verib.

Daha çox göstər
Back to top button