BaşlıcaTəhlil

Heydər Əliyevin Ermənistandakı ata evi: Niyə onun tərcümeyi-halının bəzi səhifələri çatışmır

Azərbaycanın ikinci prezidenti Heydər Əliyevin uşaqlıq yaşı haqqında məlumatlar nəinki azdır, həm də mübahisəli məqamları ilə diqqəti cəlb etməkdədir. Rəsmi məlumatlara əsasən, Heydər Əliyev 1923-cü il noyabrın 10-da Naxicevan şəhərində dünyaya gəlmişdir. Lakin beynəlxalq, həm də yerli Azərbaycan mediası bu mözvuya dəfələrlə toxunaraq, məlumatların reallığını şübhə altına alıb.

1923-cü ildə Naxicevana köçməzdən öncə, Heydər Əliyevin valideynləri Ermənistandakı Sisyandan uzaq olmayan və indi Tanahat adlandırılmış Comərdli kəndində  yaşayıb. Kənd bələdiyyəsi Arsen Ohanyan  deyir ki, yerli azərbaycanlılardan biri Heydər Əliyevin məhz bu kənddə doğulduğunu qeyd edib. “Sovet hakimiyyəti  illərində Tanahatda 38 azərbaycanlı ailə yaşayırdı. 90-cı illərdə biz heç bir problem olmadan, avto məktəbinin marşrutlarıyla  onları Vayots Dzorun Xndzorut kəndinə  apardıq. Oradan onlar Naxicevana getdi. Onlar əl altda nə vardısa  apardılar, heç bir problem olmadan evləri boşaltdılar. Rusların müşayiətiylə biz bu kəndə gəldik, onların əşyalarını yüklədik və Vayots Dzorun Xndzorut kəndinə apardıq. Daşıntı zamanı mən, bax bu qonşuluqda  yaşayan insanlara kömək edərkən, əşyalarını yükləyərkən, Əliyevin burada anadan olmasının düzgün olub olmadığını soruşdum. Biri bu evi göstərdi, dedi ki, onun ata-babaları burada yaşayıb. İki yaşlı Əliyevi  Naxicevana apardılar. Mən buradan bilirəm ki,  Əliyev burada yaşayıb, bu da onun ata yurdudur”.

Moskvada dərc olunan “Pravda-5” qəzeti hələ  1997-ci ildə bu mövzuya toxundu. Xüsusən, qəzetin “Heydər Əliyev Ermənistanda  anadan olub” sərhlövhəli məqaləsində qeyd edilir: ”Arxiv materiallarını  ətraflı araşdıraraq, tədqiqatçılar  əmin idi ki,  Azərbaycanın Ulu öndəri  Heydər Əliyev rəsmi tərcümeyi-halında deyildiyi kimi 1923- cü ildə Naxicavanda deyil, Ermənistanda, Sisyanda doğulub. Sonra Əliyev bu faktı qeyd etməmək qərarına gəlib”.

Bu faktı qeyd etməmədiyinə baxmayaraq, Heydər Əliyev  sovet  illərində Comərdli kəndinə böyük  diqqət yetirdi, yerli gənclərə təhsil almaq üçün kömək etdi,  onun təşəbbüsüylə  Bakı-Comərdli avtobus nəqliyyat xətti istifadəyə verilmişdi. “Sovet hakimiyyəti illərində Bakıdan  avtobus Comərdli  kəndinə gəlir, burdan da Bakıya gedirdi. Avtobus gəlib, burada, aşağıda dayanırdı. Azərbaycanlılar bu kənddən köçənə qədər uzun illər avtobus kəndə xidmət edirdi. Məhz bu Comərdli kəndində işləyən gənclər yox idi, bütün gənclər Bakıda tələbələr idi. Bununla bağlı mən soruşdum, dedilər ki, Əliyev öz kəndinin bütün sakinlərini  təhsil almaq üçün Bakıya göndərirdi”- deyə qəzetdə deyilir.

Ermənistanda doğulma faktını gizlətmək üçün  səbəblər fərqli ola bilər. Qafqaz  barədə  öz araşdırmalarıyla  məşhur  Britaniyalı jurnalist və yazar Tomas de Vaal  Heydər Əliyevin  həyat yolu haqqında danışarkən əsas səbəblərdən birini qeyd etdi: “Uzun müddətdir yayılan şayiələrə görə, Əliyev əslində qeyd olunandan iki il əvvəl dünyaya gəlib. Bununla belə böyük bir azərbaycanlı siyasətçinin doğum yeri kimi erməni kəndinin qeyd olunmamasına qərar verilib. Onun uşaqlıq həyatı barədə məlumat azdır və Naxicevandakı Heydər Əliyev Muzeyində  mükəmməl  məktəb hesabatları onun barəsində olan həqiqətləri tam göstərmir”.

Şəxsi tərcümeyi-halında erməni  doğum yerini gizlətmək doğum məlumatlarını dəyişdirməyin yeganə səbəbi olmayıb.   1997-ci il oktyabrın 10-da “Profil” qəzetində dərc edilmiş  məqalədə rus jurnalist  Aleksandr  Truşin  qeyd edir ki, Azərbaycanın Ulu öndəri  tərcümeyi-halını dəyişdirərək ordudan yayınmağa çalışıb. Əliyev  Sovet İttifaqı Komunist  Partiyasının  Mərkəzi   Komitəsində çalışarkən, Azərbaycandan məktub gəldi. Orada qeyd edilmişdir ki,  Əliyev  hərbi  xidmətdən yayınmaq üçün vərəm  xəstəliyi  haqqında “saxta” sənəd təqdim edib.

“O zaman Partiyanın Nəzarət   komissiyasının  sədri  Boris Pugo   Siyasi büronun üzvünün tərcümə-halının  məlum olmayan faktını yoxlamaq üçün Azərbaycana komissiya göndərmişdi.  Əlbəttə, komissiya hər hansı bir  istinat tapmadı. Lakin  qəribə olsada ki,  digər sənədlər də tapılmadı.  Məsələn,  Naxicevanın məscidinin  reyestrində Heydər Əliyevin anadan olmasına dair  protokol olmayıb. Doğum haqqında şəhadətnamə də tapılmayıb. Lakin Pedagoji texnikum üçün qəbul ərizəsində öz əliylə yazıb ki, 1922-ci ildə dünyaya gəlib və belə çıxır ki, 1940-cı  ildə, o, artıq  orduda xidmət etməliydi”- deyə Tomas De Vaal qeyd edib.

Azərbaycanın Sənaye İnstitutunda  tələbə olan Əliyev haqda şəxsi məlumatlar da Azərbaycanın ikinci prezidenti  barədə naməlum şəkildə itirilmiş sənədlər sırasındadır. Rektorun sözlərincə,  bəzi insanlar  gələrək, onun haqqında şəxsi məlumatları aparıblar. Tanahat kəndində də arxivlər saxlanılmayıb, azərbaycanlılar özlərinə məxsus olan  bütün səndələri aparıblar.

Tamahatın kənd bələdiyyəsi qeyd edir: “Azərbaycanlılar gedərkən, burada  hər hansı bir arxiv qoymamışlar. 1990-cı  ildən  bəri mən buradayam, kənd bələdiyyəsinin müavini olmuşam, kənd bələdiyyəsi olmuşam, burada arxivlər olmamışdır, oxşar hər hansı bir sənəd qalmamışdır”.

Azərbaycanın Ulu öndəri Heydər Əliyevin tərcümə-halında uşaqlıq yaşının itkin səhifələri  həddindən çoxdur. Onun barəsində  beynəlxalq baxışlar və insanların söylədikləri, hər halda, sübut edir ki, doğum yerini və tarixini dəyişdirmək səbələri az olmayıb, Itkin sənədlərlə bağlı faktlarsa, öz-özlüyündə hər şeyi deyir.

Daha çox göstər
Back to top button