BaşlıcaErməni Soyqırımı

M.Mayilyan: “Nümayəndələr Palatası tərəfindən Soyqırımını tanıyan Qətnaməsinin qəbul edilməsi bölgəmizdə sülh və sabitliyin təmin olunmasına kömək edəcəkdir”

Artsax Respublikasının Xarici işlər naziri Masis Mayilyan öz Facebook səhifəsində ABŞ Nümayəndələr Palatasının Erməni Soyqırımı qətnaməsini qəbul etməsinin ermənilər üçün nəinki mənəvi, həm də praktik əhəmiyyət daşıdığını bildirdi.Bu  bölgəmizdə sülh və sabitliyə töhfə verəcəkdir. Yazıda deyilir: “Bu gün mən ABŞ Nümayəndələr Palatasının   iclaslar  zalında H.R. 296 qətnaməsi və tarixi qərar qəbulu mərasimində iştirak etmişəm.

Səsvermədən sonra qətnamənin həmmüəllifləri olan Frank Pallone və Anna Eşuiyə, eləcə də  erməni icmasının  nümayəndələrinə  təşəkkür və təbrik etmək fürsətim oldu.

Ermənilər üçün  Qətnamənin qəbul edilməsi təkcə mənəvi deyil, həm də praktik əhəmiyyət daşımaqla yanaşı həm də, bölgəmizdə sülh və sabitliyə töhfə verəcəkdir”. Masis Mayilyan yazıyla  birlikdə fotoşəkillər də təqdim edib.

Daha çox göstər
Back to top button