Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan Ermənistan-Rusiya strateji əlaqələrini yüksək qiymətləndirərək qeyd etdi ki, Ermənistan və Rusiya rəhbərliyi arasında müntəzəm keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın davamlı dərinləşməsi Ermənistan-Rusiya tərəfdaşlığının dinamik inkişafından xəbər verir. Müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığının bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayan Ermənistanın Baş naziri ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq prosesindən məmnun olduğunu və Rusiya Müdafiə nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini qeyd etdi.
Rusiya Müdafiə naziri də öz növbəsində qeyd edib ki, müdafiə sahəsində Ermənistan-Rusiya müttəfiq əməkdaşlığı fəal və effektiv şəkildə inkişaf etməkdədir. Sergey Şoyqu Ermənistan Respublikasının Müdafiə nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və onun daha da inkişaf etdirilməsi kontekstində Ermənistan Respublikası və Rusiya Federasiyasının Müdafiə nazirlikləri arasında 2020-ci il proqramı Sazişinin imzalanması əhəmiyyətini vurğuladı.
Nikol Paşinyan və Sergey Şoyqu Ermənistan-Rusiya strateji əlaqələrinin inkişafı, hərbi-texniki əməkdaşlığı sahəsində qarşılıqlı işgüzarlığın gələcəkdə daha da dərinləşdirilməsi, regional və beynəlxalq təhlükəsizlik problemləri, həmçinin Suriyadakı vəziyyət, o cümlədən erməni humanitar missiyası barədə fikir mübadiləsi aparıblar.