BaşlıcaErməni Soyqırımı

Nümayəndələr Palatasının qətnaməsi soyqırımın inkarına qarşı mübarizədə güclü mesajdır: ER XİN

Ermənistan  ABŞ Nümayəndələr Palatası tərəfindən ABŞ-ın Erməni Soyqırımı ilə bağlı mövqeyini təsdiqləyən 296 saylı qətnaməsinin qəbulunu alqışlayır. Bu barədə ER Xarici işlər nazirliyin yaydığı məlumatda deyilir.

“Bu qətnamə  böyük  əhəmiyyətə kəsb edir, çünki 20-ci əsrdə törədilmiş soyqırımın aydın nümunəsi kimi, rəsmi tanınma və xatırlama yoluyla  Erməni Soyqırımının anmasında qətiyyətlidir, təkzibçiliyi inkar edir və  Osman İmperiyası tərəfindən 1915-1923-cü illərində 1.5 milyon ermənilərin məhv edilməsi barədə  maarifləndirmənin artırılmasını dəstəkləyir.

O zaman  Birləşmiş Ştatların xalqı və  rəhbərliyi Erməni Soyqırımından bir təhərlə xilas olunmuşlara kömək edərək, ermənilərə qarşı törədilən vəhşiliklərə cavab vermək üçün çox səy göstərdi. Bu gün Birləşmiş Ştatlar  güclü və canlı erməni icması, öz vətənin qürurlu vətəndaşları üçün evdir. Onlar ABŞ-ın uğurlarına, çiçəklənməsinə, həm də xalqlarımızın dostluğuna mühüm töhfə vermişdir. Bu qətnamə Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edir, onların ləyaqətinə hörmət nümayiş etdirir və Soyqırımından bir təhərlə xilas olunmuşların dözümlülüyü və diriliklərini qeyd edir.

Ermənistan ABŞ Nümayəndələr Palatasının üzvlərinə həqiqətə, ədalətə, bəşəriyyətə, həmrəyliyə və ümumbəşəri insan haqlarına ən böyük öhdəliyini sübut edən 296 saylı qətnamə lehinə qətiyyətli və təsirli səs verdiklərinə görə dərin minnətdarlığını bildirir.

Bu qətnamə bu gün bəşəriyyətin şüurunu sarsıtmaqda davam edən dünyanın müxtəlif yerlərində yeni soyqırımların və kütləvi vəhşiliklərin qarşısının alınması istiqamətində beynəlxalq cəmiyyətin səylərinə mühüm töhfədir. Bu soyqırım cinayətinin inkarı və əsaslandırmasına qarşı mübarizədə güclü mesajdır, çünki hazırda bəşəriyyətə qarşı edilən vəhşiliklər kontekstində Erməni Soyqırımı dərslərinin aktuallığını vurğulanır.

Bu gün biz dünyanın bütün digər dövlətlərinə Erməni Soyqırımının tanınmasında göstərdikləri səylərə görə dərin təşəkkürümüzü bildiririk.

Ermənistan soyqırımların və insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ardıcıl və qətiyyətli güclü təməl və imkanlar yaratmaq üçün bütün beynəlxalq tərəfdaşları ilə sıx işləməyə davam etməyə sadiqdir”- deyə ER XİN bəyanatında deyilir.

Daha çox göstər
Back to top button