
Ermənistanda rus hərbi bazası Qafqazda sabitliyin qarantı hesab olunur ki, o da respublika ordusuyla birlikdə regionda istənilən təhlükələrə sinə gərməyə qadirdir. RİA Novosti-nin verdiyi məlumata görə,bu haqda RF Müdafiə naziri Serqey Şoyqu yazıb.
“Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Qafqazdakı sabitliyin qarantıdır. Bu gün orada yoxlanış keçirdim. Baza Ermənistan Silahlı qüvvələri ilə birlikdə bölgədəki təhdidlərə müqavimət göstərməyə qadirdir və buna hazırdır”-deyərək Şoyqu ER Müdafiə naziri Davit Tonoyanla danışıqlar ərzində bəyan edib.Şoyqu Ermənistanı müttəfiq və Zaqafqaziyada baş tərəfdaş adlandırıb.