Siyasət

Zohrab Mnatsakanya: “ Türkiyənin Suriyanın şimal-şərq hissəsinə hərbi hücumu dərin narahatlıq və risklərə səbəb olub”

Ermənistan Respubliaksının xarici işlər naziri Zohrab Mnatsayakanyan Beynəlxalq Frankofoniya Təşkilatının 36-cı Sessiyasının Nazirlər Konfransında açılış nitqi ilə çıxış edib.

ER Xarici İşlər Nazirliyindən alınan məlumata əsasən, nazir öz çıxışında qeyd edib ki, Yerevanda keçirilmiş zirvədən bir il keçib, lakin o vaxt qeyd olunan çağırışlar hələ də dəyişməyib.

“Terrorizmə qarşı mübarizəyə dəstəyimizi bir daha təsdiqləmək vacibdir. Reginoumuzda Türkiyənin Suriyanın şimal-şərq hissəsinə hərbi hücumu ciddi narahatlıqlara yol açaraq, ciddi bir böhrana, eləcə də “İslam Dövlətinin” öz mənfi fəaliyyəti ilə yenidən bərpasına dair ciddi risklərə yol açıb”-deyə nazir qeyd edib.

Nazir həmçinin insan hüquqlarına da toxunub.

“Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında insan hüquqları, o cumlədən Arstax xalqının iqtisadi və sosial hüquqları təmin olunmalıdır. Artsax xalqının öz taleyini idarə etmək və gələcək nəsillər üçün daha yaxşı bir gələcək qurmaq hüququ var”- deyə nazir bildirib.

Daha çox göstər
Back to top button